Şeirlər / Poems

Nicat Tağızadə – Doldur qədəhi

Spread the love
Kim bilir daxilim necə ağlayır,
Anlamır dərdimi qəlbi dağlayır
İçməsəm daxilim məni bağlayır
Doldur qədəhimi, qoy içim qardaş.

Mən həyat yolunda azıb qalmışam
Hələ ilk cümləmi yazıb qalmışam
Zərbələr önündə çaşıb qalmışam
Doldur qədəhimi, qoy içim  qardaş.

Gözümdə canlanır xəyallar hər an
Hər keçən dəqiqə, hər ötən zaman
Xəyallar qəlbimi incidir yaman
Doldur qədəhimi, qoy içim qardaş.

Mən dərdi dərd üstə yığan insanam,
Vərəqə qələmlə yağan insanam,
Bütün xəyalları yıxan insanam.
Doldur qədəhimi, qoy içim qardaş.

Həyata qalmayıb taqətim, gücüm
Bir gün damarımla oynar ülgücüm
Ağlaya ağlaya qanlanıb gözüm
Doldur qədəhimi, qoy içim qardaş.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir