Gəl sənə bir gözəl xəyal göstərim
Toxusun ruhuna rəngli ilmələr
Səssizcə qucaq aç, gözünü bağla
Qəlbini oxşasın indi cümlələr
Bu gözəl xəyalda əl-ələ verib
Unudaq dünyanı, dərdi, çirkabı
O yerdə çiçəklər heç solmaz gülüm
O yerin sərxoş da etməz şərabı
O yerdə ulduzlar parlayır göydə
Yoxsa parıldayan ala gözlərin
Gözündə qovuşdu hüzura ruhum
Ruhumu oxşadı sənin sözlərin
Xəfifcə toxunum barmaqlarına
Bəlkə təsadüfən, bəlkə də qəsdən
Həbs edib qəlbimdə, yox edim səni
Gizlədim iyrənc və paxıl hər kəsdən
Gəl sənə bir gözəl xəyal göstərim
Bitməyən sevgiyə qonaq et məni
Qulaqda pıçıltı ilə səslənim
Unudum hər şeyi yaşayım səni