Qalxdığın zirvəyə enməyəcəyəm
Yenə də mənsizsən, tənhasan qadın
Qoynunda süründün özgənin, yadın
Göyə ucalsa da aciz fəryadın
Bir daha geriyə dönməyəcəyəm
Qalxdığın zirvəyə enməyəcəyəm
Çirklənmiş ruhunu bəzədin bəsdir
Əməlin, taleyin, ürəyin tərsdir
Onsuz yalvarışın daha əbəsdir
Vurduğum damğanı silməyəcəyəm
Qalxdığın zirvəyə enməyəcəyəm
Addımladığın küçə şeytan yoludur
Tənha qalmalısan haqqın da budur
Həyatın əzəldən utanc doludur
Artıq kimsən, nəsən, bilməyəcəyəm
Qalxdığın zirvəyə enməyəcəyəm