İlk təsir
Qadın və uşaq onlar üçün ayrılmış qarşıdakı masaya əyləşdilər. Uşağın qüsursuz davranmağa çalışması tünd rəngli gözlərindəki hüzursuzluğu ilə uyğun gəlmədiyindən gərginliyi üzündən oxunurdu. Uşaq maraqlı-maraqlı cənabı süzərək qadının qarşısına əyləşdi. Cənab baxımlılığı və gözəlliyi ilə göz qamaşdıran qadından gözlərini ayıra bilmirdi. Yetkinlik yaşının başlarında, ehtiraslı və bir az dolğun qadın simasının altında canlılığını zərif bir hüznün arxasına gizləyəbiləcək qədər həyati təcrübəyə sahib bir xarakter daşıyırdı. Sahib olduğu gözəlliyin bilincində, ona göstərilən bir çox heyranlıqlardan doymuş və bundan qürur duyurmuş kimi görünürdü. Çox aşağı səslə sifarişini verdi. Çəngəli əlində oynadıb səs çıxaran qızına sakit olması üçün sadəcə bir işarə verdi.
Cənabın üzündəki qaranlıq anidən aydınlandı, sinir ucları sehrli bir güclə gərildi, üzündəki qırışıqlıqlar düzləşdi, əzələləri sıxlaşdı, vücudu dikəldi və gözləri işıq saçmağa başladı. Baxışları qadınınkılarla toqquşsun deyə yanıb tutuşurdu, ara-sıra ümid verən bir müəmma içində baxıb keçsə də çox açıq bir cavab kimi görünmürdü. Qadının üzü də bir anlıq gülümsəyəcəkmiş kimi bir hissə qapılırdı. Amma hər şey qeyri-müəyyən idi. Elə bu qeyri-müəyyənlik də onu hüzursuz edirdi.
Cənaba ümid verən tək şey qadının davamlı olaraq baxışlarını qaçırması idi. Çünki bu həm bir qarşıdurma, həm də bir çəkingənlik demək idi. Ayrıca qızı ilə danışarkən göstərdiyi o xüsusi ehtiyatlı diqqət də onu izləyən biri üçün xüsusilə yaradılmış bir səhnə idi.
Cənab həyəcanlanmışdı və ov oyunu başlamışdı. Yeməyi yavaşlatdı, qadının bütün üz çizgilərini zehnində rəsm edib dolğun vücudunun hər nöqtəsini görmədən toxunana qədər onu yarım saat boyunca izlədi. Cənab tezliklə bu səhnənin bitəcəyini hiss edirdi. O an bir addım atmağa qərar verdi.
Hər kəsdən öncə ayağa qalxdı, yavaş-yavaş qapıya doğru yeriməyə başladı, o əsnada baxışlarını qapıya doğru çevirsə də bir yandan qadını süzürdü. Qapıya çatdığı zaman bir şey unutmuş kimi silkələnərək başını arxaya çevirdi. Və ovunu yaxalamışdı, canlı gözlər arxasında baxırdı və döndüyündə tam onun gözlərinə tuşlandı…
Bu vəziyyət cənabı cəsarətə gətirmişdi. Foyedə gözləməyə başladı. Ardından da qadın uşağının əlindən tutaraq gəldi, bir anlıq dayandı, masanın üzərindəki jurnalları qarışdırıb uşağa bir neçə rəsm göstərdi. Amma cənab təsadüfən bir jurnalı axtarırmış kimi masaya yaxınlaşanda əslində qadının gözlərinin nəmli parıltısını daha yaxından görmək, hətta bir söhbət başlatmaq düşüncəsində idi.
Qadın anidən arxasını döndü, qızının çiyninə yavaşca toxunub: “Qızım, otağa qalx! Yatağa!” dedi. Sonra qamətini düzəldib, geyimini xışıldadaraq soyuq bir üz ifadəsi ilə cənabın önündən keçərək uzaqlaşdı.
Cənab bir az xəyal qırıqlığı ilə ardından baxdı. Çünki, bu axşam bir tanışlıq olacağını gözləyirdi, belə tərs bir davranış onu xəyal qırıqlığına uğratmışdı. Ancaq nəhayətində bu dirənişdə bir cazibə gizli idi və tam da bu qeyri-müəyyənlik ondakı ehtirası alovlandırmışdı. Hər şeyə rəğmən oyun ortağı tapmışdı və yeni bir oyun başlaya bilərdi.
Çox maraqlı geldi ve ardın oxumağa telesirem?
Maraqlı və fərqli…
Davamı gəlsin ❤️
Bu mənə bəzi səhnələri xatırlatdı. Sanki hardasa görmüş yada yaşamışcasına. Sözlərlə cümlələr çox gözəl toxunub. Ardı hər zaman gəlsin.
Çox fərqli düşüncə, ardını oxumaq istərəm, səbirsizliklə gözləyirəm.
Hekayəniz diqqətimi cəlb etdi, fikirləriniz dəyişik, real, məncə, tezliklə ardını yazmalısınız.Maraqlıdlr, görəsən, oyun ortağınızla oyun baş tutacaqmı? Nigaran qoymayın…..