Hekayələr / StoriesNicat Tağızadə

İlk tanışlıq

Spread the love

Cənab növbəti gün foyeyə endiyi zaman tanımadığı o gözəl qadının uşağının otel xidmətçisi ilə hərarətli bir tərzdə danışdığını və ona əlində tutduğu kitabı göstərməyə çalışdığını gördü. Anası ortalıqda görünmür, deyəsən hələ güzgünün qarşısından ayrıla bilməmişdi. Uşağı indi yaxından süzə bilmişdi. Sanki bir az öncə yuxusundan oyadılıb tanımadığı bir çevrəyə atılmış kimi yönünü itirmişdi. Üzü sevimsiz deyildi amma solğun görünürdü, hər şey hələ də şəkilləndirilməyi gözləyən xəmir kimi idi, solğun və hüzursuz…

Hər kəsin ayağına dolanırdı, bitmək-tükənmək bilməyən suallarla da başını ağrıtdığı xidmətçi onu bir kənara itələmişdi. Bu dəfə də giriş qapısındakı xidmətçini tutmağa çalışırdı. Uşaq bezdiriciliyi ilə otel xidmətçilərinin ətrafında dolanır, onlar da zaman olduqca uşaqla maraqlanır, lakin bir iş çıxdığında dərhal söhbəti sonlandırmalı olurdular.

“Asan bir vasitəçi olaraq anası ilə yaxınlaşdıra bilərmi?” – deyə düşündü cənab. Hiss etdirmədən izlədi uşağı. Giriş qapısından çıxan uşaq küçədə də məqsədsizcə dolanırdı. Cənab ola bildiyincə gülərüz bir şəkildə araya girərək: “Gözəl xanım, buralar xoşunuza gəlirmi?” – deyə soruşdu. Uşaq qıpqırmızı oldu və ürkək bir şəkildə cənaba baxdı. İlk dəfə tanımadığı adam onunla danışmağa cəhd edirdi.

Ağzından çətinliklə bir neçə söz çıxarıb “Təşəkkürlər, çox yaxşıdır” qarşılığını verdi. Cənab gülərək: “Təəccübləndim!” dedi. “Bura çox sıxıcı bir yerdi, hələ ki, sənin kimi gözəl bir qız üçün… Bütün gün nə edirsən belə yerdə?”

Uşaq dərhal cavab verə bilməyəcək qədər təəccüb içində idi hələ də. Güclə özünü toplayaraq: “Kitab oxuyuram, sonra, bolca gəzirik anamla. Burada dincələ bilərəm… Xəstəyəm mən, buna görə də günəşdə dayanmalıyam… Həkim deyib.” deyə qarşılıq verdi.

Son sözləri daha güvən dolu demişdi. Uşaqlar xəstəlikləri ilə hər zaman qürur duyarlar, çünki təhlükəli vəziyyətlərin onları valideynlərinin gözündə iki qat daha dəyərli hala gətirdiyini bilirlər.

“Hə, günəş çox faydalıdır, həm də yaxşıca yanmış olarsan. Amma bütün gün də günəşdə oturub gözləmək doğru olmaz. Sənin kimi bir qız ətrafda gəzməli, cəsur olmalı, hətta şuluq da etməlidir. Sənsə çox sakitsən, əlindəki o kitabla da heç otağından çıxmayan bir uşağa bənzəyirsən. Mən sənin yaşındaykən yerimdə dura bilmirdim, hər axşam dizləri cırılmış şalvarla evə qayıdardım. Hər zaman sakit qalmaq faydalı deyildir.”

Uşaq istəmsizcə gülümsədi və yenə danışmaq istəyirdi, amma onunla belə dostca danışan bir adama deyəcək heç nə ağlına gəlmirdi.

Cənab “itləri xoşlayırsan?” deyə soruşdu anidən.

“Həm də çox. Nənəmgilin villasında bir it var. Orada qaldığımız zamanlarda bütün gün heç yanımdan ayrılmaz. Amma sadəcə yayda oraya gedirik…”

“Bilirsən, bizim fermada da çox sayda itlər var. Belə sakit uşaq olsan onlardan birini sənə hədiyyə edərəm. Qulaqları ağ, özü qəhvəyi olanını. Ən gözəli odur və hələ balacadır. İstəyərsən?”

Uşaq xoşbəxtlikdən qışqıracaq dərəcəyə gəlmişdi. “Çox istəyərəm!” dedi. “Amma anam izin verməz, evdə it olmasını istəmir. Evi alt-üst edirlər deyir.”

Cənab gülümsədi, çünki mövzu nəhayət anasına gəlmişdi. “Anan çox sərt qadındır?” – deyə soruşdu.

Uşaq bir az düşündükdən sonra: “Yox, anam sərt deyil. İndi xəstəyəm deyə hər şey etməyimə izin verir. Bəlkə bir it saxlamağıma da izin verər.”

“O halda bəlkə anandan mən də xahiş edərəm izin verməsi üçün.”

Uşaq bu həyəcanla artıq suallar yağdırmağa hazır idi: “Adı nədir itin?”

“Zeytun.”

“Zeytun?”

Cənab əldə etdiyi bu uğur üçün sevinir və biraz da sui-istifadə etdiyi üçün utanırdı. Uşağı biraz ətrafda gəzməyə dəvət etdi. Biri ilə nəsə etmək üçün həftələrdir qıvranan bu uşaq təklif üçün havalara uçmuşdu. Yeni dostunun qısa suallar ilə qızdan öyrənmək istədiyi hər şeyi heç şübhələnmədən bir-bir izah etmişdi. O bir vəkilin qızı idi. Atası zəngin bir ailədən olmalı idi. Ustaca sorğu-sualı ilə anasının əslində bu səyahəti istəmədiyini, buranın çox sıxıcı və əyləncədən uzaq olduğundan şikayətləndiyini öyrənmişdi. Hətta anasının atasını sevib sevmədiyini soruşanda qızın tərəddüdlü cavabından aralarının yaxşı olmadığını da öyrənmişdi. Bütün kiçik ailə sirrlərini bu uşaqdan öyrəndiyi üçün utanmışdı.

Bu gəzinti hər ikisini də qane etmiş kimi idi. Sağollaşıb uzaqlaşanda, cənabın ona bir dostu kimi göz vurduğunu görəndə də ürəyi qürurlanmışdı. Bu bəlkə də həyatının ən gözəl anı idi. Uşaqları aldatmaq bu qədər asandır.

Bu planın mükəmməlliyi bir saat sonra ortaya çıxacaqdı. Restorana bilərək bir az gec gəldiyi üçün uşaq oturduğu stuldan dərhal ayağa qalxıb həyəcanla əl edərək cənabı salamladı. Eyni zamanda da anasının qolundan çəkişdirib ona cənabı göstərərək həyəcanla bir neçə söz dedi. Qızının hədsiz həyəcanından utandığı bəlli olan qadın istəyinə qarşı qoya bilmədi və başını çevirib cənaba bir dəfə baxmaq məcburiyyətində qaldı. Cənab bu baxışı dərhal dəyərləndirərək böyük bir hörmətlə baş əyib salam verdi. Tanışlıq baş tutmuşdu. Qadın başını aşağı salıb yemək boyunca bir daha cənaba tərəf baxmadı.

Yeməyin sonunda cənab ustaca bir hərəkətlə qalxdı və yandakı masaya yaxınlaşdı. Azacıq təəccüblənmiş kimi görünən qadını ağıllı və sakit qızına görə təbrik etdi və nahardan öncə çox gözəl bir saat keçirmələrində onun çox böyük bir payı olduğundan qürurla danışdı. Uşaq sevincindən və qürurundan qıpqırmızı olmuşdu və ayaqda heyranlıqla cənaba baxırdı.

Cənab uşağın xəstəliyi haqqında detalları öyrənmək üçün bir neçə sual verdiyi üçün anası cavab vermək məcburiyyətində qaldı. Beləcə qaçınılmaz o uzun söhbət başlamış oldu.

Uşaq haqqında bir neçə kəlimə:

Uşaq o gecə narahat yatmışdı. İçində sevinc və uşaqca ümidsizlik yaratdığı bir qarışıqlıq var idi. Çünki bu gün həyatında yeni bir şey olmuşdu. İlk dəfə böyüklərlə bir süfrə arxasında uşaq kimi oturmamış, sözləri kəsilmədən mövzulara münasibət bildirə bilmişdi. Yarı yuxulu halda ikən uşaq olduğunu unutdu və anidən böyümüş kimi hiss etdi. Bu günə qədər tək böyümüş və çox zaman xəstə olduğu üçün çox az dostu olmuşdu. Bütün bu sevgi görmə ehtiyacı üçün ona zaman ayıra bilməyən ana və atasından və evindəki xidmətçilərdən başqa heç kimi yox idi. Sevginin dəyəri sadəcə səbəblərə görə dəyərləndiriləcək olsa, hər zaman yanlış dəyərləndirilmiş deməkdir. Ağırlaşmış və sərf edilməmiş bir duyğu indiyə qədər gözləmiş və bunu haqq edərək qarşısına çıxan ilk insana qollarını açıb atılmışdı.

Böyük könül işlərindəki sevgi – öncəsi həyəcan, xəyal qırıqlığı ilə təkliyin hakim olduğu qaranlıq və boş bir məkandır.

6 thoughts on “İlk tanışlıq

  • İlk tesir, İlk tanişlıq olaraq yazdığnız hekayeler çox cezb edici,maraqlı ve sürükleyici idi. Bir anlıq özümü bu hekayenin baş qehremani kimi hiss etdim. Qapaq şekli ise azda olsa hekayenin mezmunundan xeberdar edir insani. Zaman keçdikce Qadın haqqında azda olsa melumat verilir, ama Cenab yenede mechuldu. Hekayelerinizin gerisinin gelmesini sebrsizlikle gözleyirem. Tebrikler…!

    Reply
  • Çox düşündürücü ve bezi meqamlar xeyallara apardı meni,amma çox maraqlı geldi .Ardı olarsa sebirsizlikle oxumaq isteyirem.Tebrikler devamı geler İnşallah .

    Reply
  • İşlədiyiniz ifadələr düşüncə tərzinizdən xəbər verir. Hissiyyatınız çox dərin və güclüdür. Hekayənizi çox sevdim və davamını gözləyirəm

    Reply
  • Əhsən sənətkar qələminə qüvvət ardı gəlsin İnşallah

    Reply
  • Ilk tesir gozel tesir etdi tesekkurler eziz dostum qurur hissi ile oxudum

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir