Bilirsinizmi / Are you know?Hekayələr / Stories

İnsanları özünə yaxınlaşdırmağın 6 qızıl üsulu

Spread the love

Bu günkü yazımda araşdırmalarıma dayanaraq insanları cəlb etməyin və diqqətini çəkməyin 6 qızıl qaydasını paylaşmaq istəyirəm. Bu qaydalar istər şəxsi, istərsə də iş həyatında effektiv nəticələrə səbəb olacaq dəyərli qaydalardır.

  1. Başqa insanlara münasibətdə səmimi maraq biruzə verin. İnsanlar həqiqətən onlara maraq göstərən digər insanlara qarşı xüsusi diqqət göstərməyə meyllidirlər. Bu marağı göstərərkən səmimi davranmağınız əsas amildir. Süni maraqlar xoşa gəlməməklə bərabər antipatiya oyadaraq insanları uzaqlaşdırmağa səbəb ola bilər.
  2. Gülümsəyin! Gülümsəmə pozitiv enerji verməklə bərabər simpatiya oyadan amildir. Gözəl bir deyim vardır, bütün insanlar eyni dildə gülümsəyərlər. Səmimi və içdən gülümsəmə buzları əridəcək istiliyə malikdir.
  3. Yadda saxlayın ki, insana öz adının səsi insan nitqində ən şirin və ən vacib səsdir. Adı ilə sıx-sıx müraciət edin və inanın ki, qarşı tərəfi bu sevindirəcəkdir… Müsbət enerjili bir ləqəb düşünmək də növbəti addım üçün münasibəti daha yaxşı səviyyəyə daşıyacaqdır.
  4. Yaxşı dinləyici olun, başqalarını özləri haqqında danışmağa şirnikləşdirin. Bir çox insan özündən bəhs etməyi və qarşı tərəfin onu dinləməsini istəyər (Hətta susqun olanlar belə). Maraqla dinləməyə cəhd göstərin, bir çox insan dinləməkdən çox danışmağı sevər, bu isə sizi yaxşı dinləyicidən yaxşı həmsöhbətə çevirəcəkdir.
  5. Həmsöhbətinizin maraq dairəsinə daxil olan mövzular ətrafında söhbət aparın. Sual yarana bilər ki, bəs o mövzular sizin maraq dairənizə girmirsə? O zaman 4cü qaydanı tətbiq edin, bilmədiyinizi, lakin öyrənməyə can atdığınızı hiss etdirin.
  6. İnsanların özlərinin əhəmiyyət kəsb etməsinə çalışın – bunu səmimiyyətlə edin. Qədərində və içdənliklə səmimi iltifatlar insanların özlərini dəyərli hiss etməsinə zəmin yaradır. Hərçənd ki, həddindən artığı (yaltaqlıq) yanlış alqı oyadaraq bütün səmimiyyətinizi itirməyinizə və dəyərsizləşmənizə səbəb olar.

Ekstra: Amma sözünü lüğətinizdən çıxarın. Bu söz qeyri-kəskin, neqativ, etibarsız və özündən öncə gələn sözləri yox sayan bir ifadədir. Bu öz cümləniz də ola bilər, qarşınızdakı insanın da.

Copyright © Nicat Tağızadə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir