Nicat TağızadəŞeirlər / Poems

Nicat Tağızadə – Mənim…

Spread the love

Nicat Tağızadə – Mənim…

Yazdığım sətirlər düşüncələrim
Fikirlər uzağa aparır məni
Hər düşən yarpaq da xəbər payızdan
Payız həyatımdan qoparır məni

Vərəqlər sözlərlə dolub daşdıqca
Bəlkə də həyata artır ümidim
O şamla bürünmüş soyuq otaqda
Ağlayan uşaq da elə mən idim

Ağlayıb gözlərdən yaş axıtdıqca
Həyat da əlini üzürdü məndən
Aldığım zərbələr kimdəndi guya?!
Birisi özgədən, birisi səndən

Guya ki, həyatım sınaqdı mənim
Mən niyə doğuldum hələ bilmirəm
Günahlar üstünə günah gəldikcə
Savablar qazanıb günah silmirəm

Sözlərim öyrədir insana çox şey
Kim bundan nə seçib öyrənəcək ki,
Əsərlər toplusu yaratsam da mən
Kim buna 5 qəpik ödəyəcək ki…

Hərdən gözlərim də qaçır hər kəsdən
İnsanın gözündən ümid oxunmur
Min dənə cümlə də yazsam xeyri yox
Biri də qəlbinə dəyib, toxunmur

2 thoughts on “Nicat Tağızadə – Mənim…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir