Matəm misraları
Nicat Tağızadə – Matəm Misraları
Yazılır vərəqə sətirlər qara hərflərlə
Misralar hərflərlə başlar
Matəmə bürünmüş qara hərflər gözlərdəki yaşlar
Qəlbindəki soyuq daşlar qədər can sıxıcı, qəlb qırıcı
Ümidlər nə qədər çox olsa da soyuq daşlar yıxıcı
Yüksələn ağlaşma səsi qopan fəryad fəğanıdır sözlərimin
O ağlayan gözlərimin
Çöküb qarşına acizcə getmə deyən dizlərimin
‘Getmə’, gedişin qazandırmır sevdiyine yeni ümid, yeni həyat
‘Getmə’ sənsiz heç kimidir, yaşanmayır fani həyat
‘Getmə’ dön qəlbimi viran etmə, gəl cismimi sənsiz qoyma, vurma, cızma, soyma təkrar yaraları.
Sətirlərim yas saxlayır
Gözün hələ yad baxışda gözlərimə heç baxmayır
Yetmədimi sənə verdim saf məhəbbət, yaşatdım dünyada cənnət
Kormu oldu gözlərin ki, seçdi özünə var-dövlət
Sətirlər də yorulubdur ağlamaqdan
Matəm və yas saxlamaqdan
Bağlamaqdan
Yorulmuşam cızma qara sətirlərdən
Matəmdəki hərflərdən düzəldilmiş kitabları
Bəlkə bir gün açdım yeni bir vərəq, yazdım
Amma göy qurşağı rənglərində hərflərlə sabahları
Qalıbmı ki, ümid məndə
Güc cismdə, can bədəndə
Və insaf sevəndə…
Çətin ki…