Oyanmadan…
Bəzən oyaq olsan da tam aça bilməzsən gözlərini… Ətrafa baxmazsan, ən azından orda olduğunun xəyalını qura bilmək üçün. Ağlın bir boşluğa göz açmaq yerinə bitməsini istəmədiyin o xəyala sığınar. O dərin baxışların hədəfi olduğun o anı bitmədən, təkrar – təkrar yaşamaq istərsən. Amma həyat dörd divara, islaq yastığa və soyuq tərli yatağa açdırar gözlərini. Həyəcanla çırpınan ürəyin nəfəsini sürətləndirər və ağlın nəhayət anlamışdır o xəyalın gerçək olmadığını. Dərin dərin nəfəs alıb divardakı boşluğa baxarsan və daxilindəki o dərin həsrət dilindən tək bir kəlimənin süzülməsinə səbəb olar, Darıxıram… Darıxıram… Darıxıram…