Nicat TağızadəŞeirlər / Poems

Nicat Tağızadə – Deyəcək bir sözün yoxundursa get

Spread the love

Nicat Tağızadə – Deyəcək bir sözün yoxundursa get

Yaralı xəstəyəm yardıma möhtac,
Yarama məlhəmin yoxundursa get.
Qəlbimdə atəşli sevgi var, amma,
Bu odda yanmaqdan qorxursansa get.

Sevirəm söylədim səni sevəndə,
Səninsə sözlərin qalıbdır səndə,
Daşdan heykəl kimi durma önümdə,
Deyəcək bir sözün yoxundusa get.

Gözüm yad baxışlar görür gözündə,
Bilirəm bu günah deyil gözündə,
Sənin əqidəndə, sənin özündə,
Əhdə sədaqətin qalmayıbsa get.

Biz yola çıxırıq həyat adında,
Bu yolda olacaq qar da, boranda,
Hələ başlamadan, yolun başında,
Bir addım atmadan yoruldunsa get.

Bu yolu sonadək gedəcəyəm mən,
Dostlardır ümidim, tək deyiləm mən,
Deyirlər ən sonda ümiddir ölən,
Sən mənim ümidim deyilsənsə get,
Sənə qal demirəm, gedirsənsə get.

Müəllif: Nicat Tağızadə

One thought on “Nicat Tağızadə – Deyəcək bir sözün yoxundursa get

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir