Nicat Tağızadə – Zamanın Yarışı
Nicat Tağızadə – Zamanın Yarışı
Gözlərim səhvi düzü əbədiyyən seçməz olub
Qürurum qıfıllanıb bircə andı içməz olub
Axı aşiq de görüm hansı yolu keçməz olub
Onu qandallara vur dursun ürək danışmasın
Zamanım donsun artıq hər ötənlə yarışmasın
Sevirəm, aşiqinəm, əbədi sənin olmalıyam
Sənin təmiz eşqini saf ürəyə salmalıyam
Hamı tərk etsə belə mən səninlə qalmalıyam
Ürəyin alovların söndürün ki alışmasın
Zamanım donsun artıq hər ötənlə yarışmasın
Gözlərim dörd divarda qapı yoxdur açmaq üçün
Ürəyim hey çalışır qanadlanıb uçmaq üçün
Taqət yoxdu dizlərimdə uzaqlara qaçmaq üçün
Başlanğıcıdır bu sonun, heç qaçmağa çalışmasın
Zamanım donsun artıq hər ötənlə yarışmasın
Beyin, ürək, məntiq, qürur, bir də əlacsız gözlərim
Arxamca sürüklənən kölgə və ayaq izlərim
Ondakı daşdan ürəyə heç təsir etmir sözlərim
Yetər artıq bezdim inan, heç kim işimə qarışmasın
Zamanım donsun artıq hər ötənlə yarışmasın
Nicat Tağızadə (Mələklərin Günahı)
Nicar qeseng seirdi helal
Sende bacariq var
Bir az da inkisaf elesen romanini seir kimi (nezmle) de yaza bilersen
Təşəkkürlər qardaşım, bəyəndiyinə sevindim. Nəzm romana indi çox üstünlük verən yoxdu. Bir də ki illərim həsr edib nəzm roman yazsam, yetərincə qiymət verilməsə kafama sıkarım ona görə
Qeweng yazmisan halaldi
Bəyəndiyinə çox sevindim )) Minnətdaram
oxudum rey yazdim beyendim )))
təşəkkürlər qardaşım