Hekayələr / Stories

Nicat Tağızadə – Səni Sevəcəyəm Mən Ölənədək

Spread the love

Artıq inanmıram heç bir sözünə
Hörmət qoymamısan özün özünə
Amma nolar getmə baxım gözünə
Bu gecə əriyib şam sönənədək
Səni sevəcəyəm mən ölənədək

Gedirəm deyirsən, de hansı haqla?!
Səni axtarmaram çöldə çıraqla
Gedərkən qapını möhkəmcə bağla
Qoy heç kim gəlməsin sən dönənədək
Səni sevəcəyəm mən ölənədək

Həyatın örtülü qar və nifrətlə
Ürəyin buz kimi kin, küdurətlə
Səni gözləyəcəm hər gün həsrətlə
Qarlar da əriyib yaz gələnədək
Səni sevəcəyəm mən ölənədək

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir