Nicat Tağızadə – Ölsəm Ağlama
Ağlayır gözlərim uşaqlar kimi
Qəlbim artıq köhnə çıraqlar kimi
Həyata dözməyən qorxaqlar kimi
Bir gün gözlərindən itsəm ağlama…
Təəssüf ki, döngələr vardı yolunda
Sağda ağlayanlar güldü solunda
Bu yolun uçurum vardı sonunda
Tək çıxış ordadır, getsəm ağlama…
Bəlkə də xəta var, bəlkə yanlışam
Onsuz da həyatda çox yanılmışam
Sönüb ümidlərim tənha qalmışam
Ölmüş ümidlərlə ölsəm ağlama…
Qaralmış gözümdə rənglərin tonu
Hər gün göz yaşımdan gedir milyonu
Onsuz da məzardı hər kəsin sonu
Vaxtından çox erkən köçsəm ağlama…