Dəyərlərə Dəyərsiz Davranış Dəyəri Dəyərsizləşdirir
Öncəliklə salam
Bu gün yazımda insanların onları saymayan və ya dəyər verməyən insanlara dəyər vermə və yaxınlaşma arzularını öz baxış istiqamətimdən danışmaq istəyirəm.
Görəsən insanlar niyə onlara xoş davrananlardan daha çox onları saymayanları dəyərli bilirlər?
Ona görə ki, onlar əlçatmazdır?
– Yox , onlar sadəcə özlərindən razılardır. Bəlkə də onlara çata bilmədikləri üçün dəyərli görünür.
Amma məncə…
İnsanlar eqoistdirlər. Bu insandan insana, cinsə, dinə, irqə görə ayrılmır. Ümumi adda hər bir insan eqoistdir. Kimsəni özlərindən irəlidə görmək istəməzlər, ya da gördüklərini qəbul etməzlər. Onlara maraq göstərməyənlərlə yaxınlaşmağı və sonra özlərindən aşağıda olduqlarına inandırmağı istəyərlər. Bu tərk edilən sevgilinin yenidən birlikdəliyə can atdıqdan sonra özünün tərk etməsinə oxşayır. Çünki onun da ağlına eqoist düşüncə hakimdir və heç bir halda “tərk edilmiş” ünvanını özünə sığışdıra bilmir.
Bəs bunun həll yolu nədir???
Heç nə. İnsan yaradılışdan bu cür gəlib və belə də davam edəcək. Yazını yazmaqda məqsədim bundan qurtulmağın yolunu açıqlamaq deyil. Başınıza gəldikcə anlam verə bilmədiyinizi düşünməyin.
Salam,Nicat,butun yazilarini birnefese oxumaq isteyirem…cox maraqli insansan… insanin ruhuna olan sevgisi o qeder boyukdur ki,azaciq soyuqluq biganelik gorende icindeki EQO boyuyur,sadece bu eqo her kesde ferqli wekilde tezahur edir… Hem de var real variant,bir de ideal variant.real yaninda oldugun sahib olduqlarin,elcatmazliqlarini coxdan itirmiwlerimizdi,ideal ise elcatmaz dediyin..hemin mesele… Raziyam seninle insanlar hec de hemise realligi duzgun deyerlendire bilmir.Ugurlar,twk.yazi ucun