Hekayələr / Stories

Hər Kəs – Heç Kim

Spread the love

Blogumdakı bu yazımda xeyir və şərin niyə var olduğunu öz nöqteyi nəzərimdən çatdırmaq istəyirəm.

İnsanlar bu dünyada pisliyin, şərin, qaranlığın və Şeytanın varlığının mənfi bir şey olduğunu düşünürlər. Sizlərə ruhun tarazlığı haqqında danışım.

Hər kəs yaxşıdırsa – Hər kəs pisdir

Hər şey gözəldirsə – Hər şey çirkindir

Hər şey xeyirdirsə – Hər şey şərdir

Hər kəs mələkdirsə – Hər kəs şeytandır

Səbəbini də belə izah edirəm.

Hər bir insan ürəyə sahibdir. Bu çox normal haldır. Ürəksiz insan yoxdur. Bu halda ürək insanlar üçün sıradan bir şeydir. Yəni “seçilən” deyil.

Hər bir insan insan görünüşündədir. İnsanlar quşlara və ya böcəklərə bənzəmir. Bu hal da həmçinin normaldır. Çünki biz insanıq, quş və ya böcək deyil. Bu da sıradan bir haldır, “seçilən” deyil.

Buna görə də biz ürəyimizin, cismimimizin, ruhumuzun bizim üçün bir o qədər də önəmi yoxdur.

Amma həyatın tarazlanması üçün bəzi şeylərin tərsi olmalıdır.

Yuxarıda qeyd etdiyim kimi, “Hər kəs yaxşıdırsa – Hər kəs pisdir” – çünki, hər kəsdə bu hiss mövcud olursa gözəçarpan heç nə qalmır, adi hala çevrilir və “yaxşı insan” termini ortadan qalxır. Bu yaxşılığın sonu deməkdir.

Məhz bu səbəbdəndir şeytanın yer üzərində mövcudluğu. Şeytanın şərinə qapılmış insanlar (pis insanlar) olmasaydı yaxşıların qədri bilinməzdi. Şeytanın şərindən sığınacağın bir Tanrın olmazdı. Yaxşılıq olmazdı. İşıq (burda işıq sözü məcazi mənadadır) olmazdı.

Yaxşı ki, pisliklər, çirkinliklər, şər və Şeytan da var.

Yoxsa pisi yaxşıdan ayıran heç bir faktor qalmazdı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir