Həyatın bir səhifəsi… (ünvanlı)
“ Nə olacağını düşünürdün ki? Elə bilirdin nəyisə dəyişə bilərsən? Həyatından əl çəkmək bu qədər asandır? Onu bir daha heç vaxt görə bilməyəcəksən!”
Bədənindən axan soyuq tər ilə yatağında dəhşətlə gözlərini açdı. Ağlına ilk gələn şey “axı mən sadəcə bir neçə dəqiqə əvvəl yuxuya getmişdim” sözləri oldu. Ağlamaqdan yorğun düşmüş və elə bir dərin yuxuya getmişdi ki, səhərin açılmasının belə tez olacağına inanmamışdı. Amma elə bu bir neçə saniyəlik gərəksiz düşüncə əsas onu yaralayan suallarla əvəzləndi.
O gecə adını belə qoya bilmədiyi münasibətə son qoymuşdu. Bu özünə də axmaqlıq kimi gəlirdi, çünki onu heç görməmişdi belə. O sadəcə dərd ortağı idi. Qızın məcburi nişanlı olması və sıxıntılarını onunla paylaşması münasibətin başlanğıcı olmuşdu. Amma heç özü də bilmədən ona elə bağlandı ki, həyatında dönüş nöqtəsi yaradacaq qədər təsir etmişdi ona.
Amma hazır deyildi. Bütün həyatından əl çəkərək onun yanına getməyə, onun da həyatını dəyişdirməyə. Heç bəlli deyildi nəticənin nə olacağı və nəhayət qərarını vermişdi onun həyatında sadəcə epizodik rol olduğuna və onu tərk etməyin zamanının gəldiyinə. Həyatında üzüntüdən başqa heç nəyi olmayan qız sığınmışdı oğlanın səmimiyyətinə və onu itirməyə hazır deyildi. Sadəcə klaviaturada sıxılan bir neçə düymə ilə yazılmış Əlvida sözü və münasibətin tamamilə kəsilməsi… Bu göründüyü qədər sadə deyildi. Çünki elə həmin an peşman olmuşdu etdiklərinə və artıq gec idi onu tapmaq, ona yenidən bağlanmaq, onunla olmaq… Bunu saatlarla düşünüb siqaretindən dərin tüstülər alaraq gözündən axan peşmanlıq yaşlarını sildi.
O gecə qızdan xəbər tuta bilməmişdi. O gecə hüzur içində gözlərini yuma bilməmişdi. O gecə xoşbəxt deyildi. O gecə onun üçün ……………………
— Müəllif: Nicat Tağızadə
Cox maraqli essedi… Buna benzer hissleri her kes yasayib hec olmasa omrunde bir defe… hami kimise ne vaxtsa itiir.onemli odur ki qazandigin itirdiyinden boyuk ola!yazinin davamini gozleyirem..