Hekayələr / Stories

Nəfəsin azadlığı…

Spread the love

nefes

Sakit axan çayın kənarında ətrafa cənnət qoxusu saçan çiçəklərdən birinin yarpağında dünyaya gəlmişdi. Balaca qanadlarını qaldırıb gücünü topladı yenicə açılmış gözlərini ətrafda gəzdirdi. O balaca məkan onun üçün qalaktika demək idi. Hər şey o məkandan ibarət. Gözünü qanadlarına çevirdi və nə üçün var bunlar deyə soruşdu. Çırpmağa başladı və yarpağın üzərindən havalanıb ətrafının əslində sadəcə o cənnətdən ibarət olmadığını gördü və elə bu müşahidə onun üçün sonsuzadək təkrarsız bir həyatın başlağıcı olan 3 rəqəmini gətirdi… Uçdu, qanadları onu uzaqlaşdırdı və kəşf etdi. Təbiəti, canlıları… Hər baxışında onu sevindirən gözəlliklər və kədərləndirən iyrəncliklər gördü, öyrəndi. Sərin şehli havalarda üzü sevinc dolu üfüqə doğru qanad çırpdı və yağışlı gecələrdə üşümüş balaca soyuq bədənini yarpaqların arasında isitməyə çalışdı. O fərqində olmasa da yaydığı aura hər canlının ruhunu sevinclə doldurdu. Səyahəti davam etdi, hissləri daddı… Sevinci, üzüntünü, istəyi, qorxunu, arzunu kəşf etdi və o səfər davam etdi ta ki, bir canlı da onu kəşf edənə qədər. Barmaqlıqlarda bir nəfəs səssizcə pərinin gözlərinə baxdı. Zaman və məkan yox oldu və iki varlıq baş-başa durdu. Deyilə biləcək söz, ifadə edə biləcək heç bir fikir o hissləri təsvir edə bilməsə də o səssizlik ruhların sarılması ilə sona çatdı və pəri nəfəsə yaxınlaşdı. Pəri barmaqlıqları, nəfəs qəlbini açdı və nəfəs azad, pəri isə nəfəsin qəlbində dustaq oldu. Ayrı həyatlardan iki varlıq artıq tək canlı olaraq əksiksiz oldu…

Nicat Tağızadə © Copyright

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir