Yaxşı dost eybi üzə vurmaz!
Bu günə qədər bir çox insandan eşitmişəm ki, dost eybi üzə deyər. Amma fərqli bir düşüncə yönündən baxmağa başladım və bu ifadənin əslində yanlış olduğunu anladım. Bu fikrin formalaşmasında Dale Karnegi’nin böyük rolu var. Kiminsə səhvini tənqid etsəz və üzünə vursaz o insanın reaksiyası müdafiə xarakterli olacaq. Bu kiminsə eybi və ya çatışmazlığı deyil. İnsanların təbiəti belədir. Bir insan özlüyündə öz səhvini qəbul edə bilər, amma bunu qarşısındakı şəxsdən eşitdiyi zaman ən cüzi ehtimalı belə istifadə edərək özünün haqlı olduğunu irəli sürüb özünü müdafiə etmək istəyər. Ehtimal olmasa belə özündən ehtimal yaradar. Bir insana təsir etmək və onun səhvini anlaşmasını təmin etmək üçün başqa bir yol da var.
Ona müsbət keyfiyyətlərini söyləyin. Sizin gözünüzdə onun nə qədər dəyərli olduğunu söyləyin. Bu tənqidinizdən daha çox işə yarayacaq əmin olun.
Məsələn, deyək bir dostunuz sizin tanıdığınız və heç məsləhət bilmədiyiniz bir insanla dostluq qurmağa çalışır. Öz vaxtının bir hissəsini ona ayırır, münasibət qurmağa çalışır. Amma siz bunu istəmirsiz çünki dostunuzun pis bir xarakterə sahib insanla münasibət qurmasına göz yuma bilmirsiz.
Çarə 1: Siz dostunuzla danışırsız və ona səhv seçim etdiyini deməyə çalışırsız. Daha aydın şəkildə: “Sənin dost seçimin yanlışdır, gedib pis adamlarla dostluq edirsən. Ağlın olsun, uzaq dur ondan!”
Çarə 2: Öz dostunuza yüksək insani keyfiyyətləri olduğunu söyləyirsiz. Daha aydın şəkildə: “Dostum sən çox ağıllı adamsan və dost seçimində əminliklə deyə bilərəm ki, düzgün qərarlar verməyi bacarırsan. Əminəm ki, pis xarakterdə insanlarla münasibətdə olmazsan.”
Sizcə hansı yaxşı nəticə göstərəcək?
Dostunuz münasibət qurmağa çalışdığı insanın mənfi yönlərini də görür. Əgər siz dostunuzu tənqid etsəz ehtimal ki, cavabında “mən kiminlə necə dostluq qurmaq lazım gəldiyini bilirəm. Onun yaxşı tərəfləri də çoxdu” cavabını alacaqsınız. Çünki həmin anda siz dostunuzun qərar qəbul edə bilməyəcək qədər ağılsız olduğunu hiss etdirirsiniz və o müdafiə yönünə baş vurur.
Lakin siz 2ci çarəni istifadə etsəniz o düşünəcək ki, dostum mənim ağıllı olduğumu və yanlış qərarlar verməyəcəyimi düşünür. Ona əksini göstərmək düzgün olmazdı
Tənqid yanlışdır. Məqsədinizin həyata keçməsini istəyirsinizsə ehtimalları düşünün o zaman necə təsir edə bildiyinizi görəcəksiniz
Dəyərli fikirləriniz üçün minnətdaram
Fikriniz üçün təşəkkür edirəm. Zənnimcə dostunu ağıllı və qərar verə biləcək potensialda olduğuna inandırıb onu yönləndirməkdir
Yaxşı dost eybi şəxsən deyər…
Əgər fürsətin olarsa hər ikisini sınaqdan keçir qardaşım. Hansının daha effektiv olacağına özün qərar ver
Bunu həyat göstərər qardaş!
Əlbəttə