Hekayələr / Stories

Nə oldusa “Siz” etdiniz!

Spread the love

stop-1

Bu gün youtubeda köhnə Azərbaycan mahnılarını dinlərkən Samir Bağırovun mahnıları çıxdı qarşıma. Dinlədim üzüldüm, duyğulandım, hətta gözüm doldu. Xatırlayıram televizorlarda Samir Bağırovun çıxışlarını, konsertləri, izdihamları, mükafatları. Hətta o qədər ki, Samir Bağırov Azərbaycanda estradanın yaradıcılarından biri hesab olunur… Ölkə ona dəstək olduqca millət onu satdı.1995də “Ostrov Lyubvi” adlı mahnı ilə Azərbaycan adını MDB ölkələrində BİRİNCİLİK qazanaraq ucaltdı və fəxri fərmanlara, mükafatlara layiq görüldü. Xalq əzdi o insanı, dirəndi illərlə amma insanlar dəyişmədi əzdi yenə də və təslim olduğu zaman, çıxıb getdiyi zaman xalq dayanmadı yenə əzdi. Petux adı qoyub yerdən yerə vurduz. Siz o insanlarsız ki, Samir Bağırovu əzsəniz də adını belə çəkmək istəmədiyim, iyrənc insanları efirlərə çıxardız, fahişələri ulduz elədiz, transları məşhur elədiz. Siz o insanlarsız ki, hələ heç bir mahnısı olmayan, özünü müğənni adlandıran şərəfsizlərə dəstək olduz. Siz o şərəfsizlərsiniz ki, səhifələrinizə reytinq qazandırmaq xətrinə onların video görüntülərini paylaşıb cahil insanların onları söyməsini gözləyib səhifələrinizə reytinq topladınız. Siz o şərəfsizlərsiz ki, onları efirlərə dəvət etdiz, süni qalmaqallar yaratdınız ki, reytinq qazanasız və onlara məşhurluq qazandırdınız. Bu günlərdə sosial şəbəkədə Samir Bağırovun müsahibəsini gördüm. Bütün səmimiyyəti ilə Azərbaycan müharibə şəraitinə keçərsə vətəninə qayıdıb əlinə silah alacağını dedi. Amma siz o şərəfsizlərsiniz ki, altına gülünc comment əlavə edib onu öz xalqımızın hədəfinə çevirdiniz. Kişicik adlandırdığınız şəxsiyyətsizlər qədər şəxsiyyətiniz olsa özünüzü sorğulardınız.

Diqqət: Şəxsiyyət gözləmirəm sizdən, buna görə şəxsiyyətsizlər qədər belə şəxsiyyətiniz yoxdur deyirəm, siz onlardan betər şərəfsiz, onlardan betər şəxsiyyətsiz, onlardan betər xalq düşmənləri, onlardan betər mənəviyyat qatilisiniz!

2 thoughts on “Nə oldusa “Siz” etdiniz!

  • Reytinqə görə şərəfsizlik edən çoxdu insan düşmənindən çox dost cildində olanlardan ehtiyyat etməlidi

    Reply
    • Nə etmək olar cəmiyyət bu çirkabın içindədi artıq sosial medialar cəmiyyətdən olanlara məşhurlaşmaq imkanı yaradır və cəmiyyətin çürük nümayəndələri hər şərəfsizliyə əl atırlar

      Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir