Şeirlər / Poems

Nicat Tağızadə – Yarımçıq Həyat

Spread the love

Gözlərin işığı tamam yox olmuş
Ağlayan ürəyə yazığın gəlsin
İllərlə yıxılan və parçalanan
Ümidə, diləyə yazığın gəlsin

Mənasız baxışlar ümidi yıxır
Saf yalvarışlar da cavabsız qalır
Yaşamaq istəyən ümidləri də
İllər söküb onun qəlbindən alır

Arzular bir vaxtlar hədsiz hüdudsuz
Keçmiş olub artıq keçmişdə qalıb
Hər şeyi qaradı təkcə saçları
Ağarıb vaxtından əvvəl qocalıb

Ətrafda ona heç can yandıran yox
Çoxdan atıb onu oğlu qızı da
Onunçün həyatın sonu gəlibdir
Tamamilə sönüb bəxt ulduzu da

Yarımçıq qalıb hər arzu istəyi
Yarımçıq, kimsəsiz, tək yaşayıbdır
Yarımçıq sevgi və yarımçıq ümid
Yarımçıq həyatı parçalayıbdır

Yarımçıq qalmış sevincimizi tama aparmaq mübarizəsindəyik.

11 thoughts on “Nicat Tağızadə – Yarımçıq Həyat

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir