Bilirsinizmi / Are you know?

Öz şahidliyim, silinməz yaramız 31 mart soyqırımı

Spread the love

Bilirəm bu məlumatı yazmaq üçün vaxtdan bir az ötüb amma yenə də nəzərinizə çatdırmaq istəyirəm. Əziz dostlar və blog izləyicilərim. 31 mart soyqırımına aid bir tədbirə dəvət olunmuşdum. Tədbir məktəb müəllimləri və tələbələri ilə, veteran və “Xatirə muzeyi” nümayəndələri ilə birlikdə həyata keçirilirdi. Mən də gitara ilə getmişdim. Soyqırıma aid bir mahnım ilə çıxış edəcəkdim. Amma orda məni həm çox əsəbləşdirən, həm də ürəyimə ox kimi girən mənzərə ortaya çıxdı. İndi bunu sizlərə danışmaq istəyirəm

Tədbir başlamazdan əvvəl müəllimlər uşaqları yerbəyer edir, onlara göstəriş verib sıralarını müəyyən edirdi. Televeziyadan çəkiliş olacağı və 31 mart günü saat 19:00da efirə çıxacağı bildirildi. Mən də bir qıraqda izləyici kimi oturmuşdum. Çıxışa başlayan tələbələr danışmağa başlayanda heyrətə gəldim. Deyilən ilk sözlər belə idi: “Xoş gördük sizləri. (Mən başa düşmədim biz şadlıq sarayına gəlmişik ki, xoş görsünlər? Nəysə bu hələ heç nə deyil). Davam edirəm: “Tarix boyu Azərbaycan xalqının başına bir neçə dəfə soyqırım gəlmişdir. Bu soyqırımlardan ən dəhşətlisi də Xocalı soyqırımıdır”

Mən bu deyilənlərə heyrətlə baxarkən bir tərəfdən də davamını gözləyirdim. Çıxış üçün sıra ilə gələn uşaqlar şeir deməyə başladılar. Şeirlərin hamısı Xocalı ilə bağlı şeirlər idi. Sonra aparıcı yenə gəldi və Xocalıda ölən insan sayının statistikasını danışmağa başladı. Daha sonra davamlı olaraq uşaqlar şeir deməyə başladılar və yenə Xocalı, Xocalı, Xocalı…..

Buna sinirlərim dözmədi. Ayağa qalxdım və eynilə beləcə səsləndim: “Saxlayın bu biyabırçılığı!” müəllimə məni gördü və nə baş verdiyini soruşdu. Cavabım hamısının səsini kəsdi. (Xatırladım ki, hələ müəssisə müdiri və veteranlar gəlməmişdi. Televeziya da ortalarda görünmürdü). Davam etdim: “Müəllimə, bunlar nədir hazırlamısız belə? Xəbəriniz var 31 mart soyqırımından?” Müəllimə susmuşdu. Sual verdim: “31 mart soyqırımı nə zaman baş verib?”. Müəllimənin verəcək cavabı yox idi. Aparıcı mənə səsləndi 1918ci ildə deyə. Aparıcının bu cavabı məni daha da əsəbləşdirdi. “Bəs bunu bilirsənsə utanmırsan bu biyabrçılığı danışmağa?”. Aparıcı susmuşdu…

Müəlliməyə səsləndim və eynilə belə dedim: “Məlumatınız yoxdursa nəzərinizə çatdırım. 31 mart soyqırımı 1918ci il mart ayının 31ində baş vermişdir. Rus və erməni birliyinin əli ilə. Rusiyanın bolşeviklərindən olan Vladimir Lenin olşevik Stepan Şaumyanı Qafqaz fövqəladə komissarı təyin edərək Bakıya göndərmişdi. Bu hərəkat nəticəsində Bakıya 7000 erməni əsgəri gətirildi. Azərbaycan xalqına qarşı törədilən soyqırımda 50.000 azərbaycanlı qətlə yetirildi. Tək Bakıda 12.000 azərbaycanlı öldürüldü. Bu məlumatlar qıraqda qalıb Xocalı haqqında mərasim keçirirsiz?! Xocalı soyqırımı 1992ci il fevralın 26sı baş verib. Arada 74 il fərq var. Bu bilirsiz nə deməkdi?! Uşaqlar çıxıb şeir deyirlər Xocalıya aid. Uşağa verdiyiniz məlumat budu? O da xalqının nə qədər unutqan olduğunu görməlidi? Uşaq verdiyiniz şeiri burda deyir, gedib hər yerdə fəxr edərək deyəcək ki, “Mən tədbirdə 31 mart soyqırımına aid şeir demişəm”. Ondan soruşulanda ki, nə şeir demisən. Ağzından Xocalı sözü çıxanda sözünü kəsərlər. Hələ bir də televizora çıxacaq, bəs bunu izləyən nə fikirləşsin vətənpərvərlik haqda, vətənə sevgi haqda?! Xocalıda öldürülən və əsir tutulanların ümumi sayı 3000 nəfərə çatmır, halbuki 31 mart soyqırımı 50.000 azərbaycanlı vəhşicəsinə qətlə yetirildi.”

Müəllimə dəhşət içində mənə baxırdı. Deyəsən məni dəvət etdiyinə peşman idi. Amma haqq danıla bilməz. Daha sonra baş verənlər də ürək açıcı gedişat deyildi….

Nəysə, müəssisə rəhbəri, 2 nəfər veteran, Xatirə muzeyinin 2 nəfər əməkdaşı təşrif buyurdular. Hamı hazır olandan sonra televeziya əməkdaşları da çəkilişə başladılar. Açılışı müəssisə rəhbəri “Fransız” bir alimin fikri ilə başladı. Həm də əlində hazır vərəqlər ilə. Erməni soyqırımını tanıyan fransızların sözü niyə 31 mart soyqırımının açılışında deyilməlidi? (Bu arada deyilənlər televeziya əməkdaşları tərəfindən çəkilirdi)

Eyni qayda ilə davam edirdik, birdən Kadrları çəkənin qəribə öskürəyi eşidildi və otaq gülüşə boğuldu. Özünü saxlaya bilməyib qəhqəhə atan da vardı, əli və ya dəsmalı ilə ağzını örtməyə çalışanlar da. Qeyd edim ki, həmin vaxt Xatirə muzeyinin birinci əməkdaşı çıxışını uğurla başa vurmuşdu. Ən azından o 31 mart soyqırımı haqqında məlumat verdi. İkinci əməkdaşın çıxışı zamanı bu hadisə baş verdi. 2ci əməkdaşın çıxışının bitməsinə yaxın gülüş qismən sakitləmişdi, lakin hıçqırıqlar hələ də davam edirdi. Çıxışımda sakitçilik yarandı. Bu mahnını ilk dəfə çıxış edəndə izləyicilərin dəsmalları göz yaşlarını silirdi, amma burda elə olmadı. Ən azından hörmət məqsədilə sakitçilik yaratdılar. Mahnı bitdikdən sonra veterana söz verildi. Veteran da başladı ki, Xocalı soyqırımı haqqında siz oxuyursuz mən görmüşəm, az qaldım söyəm biyabr edəm veteranı. Ay kişi, 1918ci ildə sən heç yox idin, nə haqq hesaba yığırsan. Sonrada qayıtdı ki, verdikləri məlumata görə Tarix muzeyinin əməkdaşlarına (Halbuki Xatirə muzeyinin əməkdaşları idi) təşəkkürlərimi bildirirəm. Bəlkə mənim xəbərim yoxdu, soyqırımın Alt Paleolit dövründə baş verdiyindən. Amma Tarix muzeyində belə bir məlumata rast gəlməmişdim.

Zəhmət çəkib oxuduğunuz üçün hər kəsə minnətdarlığımı bildirirəm. (Yazını 50 dəqiqəyə yazdım)

Təşəkkür edirəm

15 thoughts on “Öz şahidliyim, silinməz yaramız 31 mart soyqırımı

  • INWALLAH bele weyler,birde MILLETIMIZIN bawina gelmez…..ALLAH bize SEBR vermesin!!!bu movzuda! NICAT qardawim ALLAH senden deki, RAZI olsun bele movzulara toxunursan!Bu bizim en yarali yerlerimizdi!

    Reply
  • Orxan Abdullayev

    bu olanların hər birinə görə cavab verəcəklər! Nicat, qardaş təşəkkürlər hər halda belə məqaləni hazırladığna görə!

    Reply
  • Qardawi teessufki bele yersiz, dozulmez ve tehqiramiz hadiseler tez-tez bas verir. ama bu o demek deyil ki, biz de onlara qosulmaliyiq, yox hamimiz senin etdiyin kimi bele dozulmez hadiselere oz fikrimizi bildirmekden elave oz cavabimizi vermeliyik. belke ondan sonra bele utanilacaq cixislarin sayi azalar. sene de bu iyrencliye qarsi cavabsiz qalmadigin, bu kicik tedbirde boyuk payin oldugu ucun butun VETENPERVERLER adindan derin minnetdarligimi bildirirem. bir daha tesekkurler…!

    Reply
  • Bilmirəm qəsdən yoxsa bilmədən bu tarixi balaca nəsillərə yanlış öyrədirlər. Bu səhv çox şeyə səbəb ola bilər əslində. Bir düşünün. Bildiyimiz bir şeyin yanlış olduğunu görsək nə vəziyyətə düşərik. Tarixi baxımdan. Misal gətirim, sübut etsələr ki, Azərbaycan qul bazarından başqa bir şey olmayıb.
    Uğruna ölümü gözə aldığımız vətənimizdə belə yanlış tarix hansı düşüncələrə səbəb olar?
    Eynilə belədir, bu diqqətdən kənar olmamalıdı məncə

    Reply
  • Çox gözəl nöqtəyə toxunduz. Biz unutqan millətik da. Zorla deyil ki. Keçənlərdə youtubeda bir video gördüm. Erevanda bir kişi qarmonda Zeynəb Xanlarovanın mahnılarını oxuyur. Özü də dedi ki, Azərbaycan sənətkarı Zeynəb xanım olduğunu bilirəm. Sonra da kafeni çəkiblər Röyanın mahnısı oxuyur.
    Diqqəti çəkənsə bizim millətimizin nümayəndələrinin videoya yazdıqları rəylərdi. Şərəf bilirlər özlərinə, xoşları gəlir. Yenə bir iki mahnı ilə başımızı aldadacaqlar. Guya kimin nəyinə lazım idi ki, sarı gəlin erməninindi yoxsa bizim. Çox asan aldanırıq, unuduruq. Bir azərbaycanlı kişisinin erevan kadrına baxarkən tək düşündüyü qırılan həmvətənləri olmalıdır. Qanı damarında qaynamalıdır ki, qisasını almaq istəsin. Dırnaqarası kişilərimiz kimi müsbət reaksiya verənlər bu millətin evini yıxacaq. Necə ki, yıxır…

    Reply
  • Qanları Yerde Qalmaz İnşallah Size de Çox Teşekkür Edirem Ki Bele Mövzular Haqqında Yazırsınız..Allah Bütün Şehidlerimize Rehmet Elesin..O Zirveye Ucalmağı Kim İstemez Ki, (Mende Daxil)…(Yazını 4 deqiqeye yazdım)..

    Reply
    • 4 dəqiqə bir rəy üçün uzun bir zaman kəsiyidir. Düşüncəniz və diqqətiniz üçün minnətdaram

      Reply
  • Doğurdan belkede heyatimizda bele şeylere çox rast gelirik lakin belkede o qeder goruruk ki artiq bize qeribe gelmr lakin oxuyanda insanda hem utanc hissi yaranir hemde aci gulus hissi.Meqalenizde cix gozel idi men bunu sabah butun dostlarmla paylasacam qoy onlarda bele sehvler etmeyib edenleride qinasinlar.

    Reply
  • Maraqli ama bir o qeder insanda aci gulus yaradan meqale idi bunu sabah butun dostlarimla paylasacam qoy onlarda bele sehvler etmeyib,edenleride pislesinler

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir