Nicat Tağızadə – Üzdə Bilmədin

Spread the love

Səndən gizlədiyim o qəm qüssəni
İçimdə saxladım, üzdə bilmədin
Sənsiz günlərimdə gözlərim qanlı
İçimdə ağladım, üzdə bilmədin

Heç vaxt unutmadım sənin adını
Bəzən hüzn ilə çəkdim adını
Üzümə açılan hər bir qapını
İçimdə bağladım, üzdə bilmədin

Yarayla doludur şair kürəyi
Tənhadır, yoxdur ki, bircə köməyi
Daxildə parlayan tənha ürəyi
İçimdə dağladım, üzdə bilmədin

One thought on “Nicat Tağızadə – Üzdə Bilmədin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir