Müasir Ailə və Uşaqlar (Uşaqlığın Süqutu)
Yazımı müəllifi olduğum bir fikir ilə başlamaq istəyirəm
“Məhlə futbolunun, kibrit qutusundan kartların yerini Facebook, Twitter aldığından bəri uşaqlıq süquta uğrayıb” – Nicat Tağızadə
Əvvəllər, hansı ki, bu çox uzun zaman öncə deyil, ailələrdə 3 və daha artıq uşaq olardı. Ailə onların böyüdülməsi, təlim-tərbiyəsi ilə çox gözəl məşğul olurdu. Lakin, son zamanlarda ailələr artıq daha çox uşaq istəmirlər.
Səbəblərini öz baxış istiqamətimdən paylaşmaq istəyirəm. Mən uşaq olanda bir seriala baxırdıq, “O Clone”,”Səhrada Məhəbbət” və bir neçə belə seriallar, hansı ki, biri tamamilə bitməmiş o biri başlamayıb. İndi hərənin evində peyk qəbulediciləri quraşdırılıb 600-700 kanal. Hər gün yeni-yeni seriallar, programlar, yarışmalar. Hər biri saatlarla zaman alır. Gənc ailələr televizor qarşısında saatlarla oturmağın dərdindən çox uşaq istəmirlər. Bəs sosial şəbəkələrə nə deməli? Cib telefonları? Zamanımızın digər yarısını alan şeylər də bunlardır. Davamlı bir paylaşma arzusu. Şəkil çək-paylaş, fikir yaz-paylaş, video çək-paylaş, yemək ye-paylaş, gəzintiyə çıx-paylaş……. Yanındakı ilə ünsiyyəti kəsib sosial şəbəkələrdə tanışlıqlar axtarmaq…..
Etiraf etməliyəm ki, bu çox üzücü haldır və belə halları görmək məni üzməkdən daha çox hirsləndirir. Küçədə gəzərkən yol kənarında 10 yaşlı uşağın əlində android görmək məni əsəbləşdirir. 10 yaşında uşaqların sosial şəbəkələrə qoşulması, online oyunlar oynaması məni əsəbləşdirir. Sanki valideynlər qəsdən asperger sindromuna yoluxdururlar uşaqlarını. Uşaq danışma qabiliyyətini, əxlaqını, gülərüzlülüyünü qısa zaman kəsiyində itirir.
Bir uşaq atası olaraq bu vəziyyət məni də narahat edir. 3 aylıq olmasına baxmayaraq evdə hər gün klassik musiqilər səsləndirirəm ki, uşağın qulağı öyrəşsin 10 yaşına çatanda düşük musiqili meyxanalara qulaq asmasın.
Bilin ki, uşağın psixologiyasının 70%dən çoxunu çevrəsindəki insanlar yönləndirir. Uşaq ailədən öyrəndiklərindən daha çoxunu ətrafındakılardan öyrənir və əmin olun ki, ətrafımız hazırda örnək götürüləcək ətraf deyil.
Bilirsiz, bir dəfə məhlədə uşaqları başıma yığdım tənbehlədim. Dediyim bu idi ki, siz oturmusuz qıraqda telefonda oyun oynayırsız, whatsapp’a, facebook’a qoşulursuz. Mən də bunları edirəm. Sizin yaşınızda olanda biz gizlənqaç, futbol, beyblade oynayırdıq. Siz mənim yaşıma çatanda da facebooka qoşula biləcəksiz, amma mən bir də sizin yaşınıza qayıtmayacam və məhlə futbolu oynaya bilməyəcəm. Nə qədər ki, böyüməmisiz uşaqlığınızın dadını çıxarın.
Axşam gördüm ki, pul yığıb top alıblar məhlədə futbol oynayırlar. Bu məni çox çox sevindirdi, deməli mən nəsə edə bilmişdim.
Günahın çoxu valideynlərdədir. Uşaq psixologiyasını düzgün yönləndirmək lazımdır. Uşaq beyni səhvi, düzü seçə biləcək potensialda deyil. Təəssüf ki, bəzi dırnaqarası “valideyn”lərin də beyin potensialı səhvi, düzü seçəcək qədər inkişaf etməyib. Bunun şahidi oluram. Deyirəm, amma təəssüf ki, cahil beyinlərə bilik yeritmək mümkün olmur.
https://www.youtube.com/watch?v=bO_eTmgv68s
Bu çox gözəl və təqdirəlayiq, eyni zamanda dərs alınası bir videodur. Xahiş edirəm izləyin
Fikrinizlə tamamilə razıyam. Kaş ki, gənc ailələrdə ana olmağa hazırlaşan bütün qadınlarımız bu düşüncədə olsunlar
Aleykum salam. Diqqətiniz üçün minnətdaram. İşlə əlaqədar vaxt ayıra bilmirəm. İNŞALLAH qısa zamanda başlayacam. Təkrar təşəkkürlər