Xəyallarımla kəşf etdiklərim (münasibət bildirin)
Bəzən yuxularımda qeyri-adi şeylər görürəm. Əslində bu yuxuları bilincli olaraq özüm formalaşdırıram. Və formalaşdırdığım bir yuxu ilə kəşf etdiyim bu fikri paylaşmaq istəyirəm
Kainatın gücünə sahib bir varlıq dünyadan 5 qız və 1 oğlan olmaqla alıb kainatın 2 ən uzaq nöqtəsindəki digər bütün həyatdan uzaq planetə aparır. Onlara planetdəkilərin heç bir halda onları görməyəcəyini görünməz olaraq sadəcə müşahidə edə biləcəklərini deyir.
İlk çatdıqları planetin gözlərinin önündə canlananda vəd edilən cənnətdən belə gözəl olduğunu görürlər. Orada yaşayan canlılar göy üzündə süzülən ruhlar kimi gəzir, içlərinə aldıqları nəfəs ən təmiz havadan belə dəfələrlə fərah olur. Hər yer əlvan rənglərlə doludur. Onlar yemək yemir, su içmirlər. Belə ki, planetlərini də batırmırlar. Orada heç vaxt qaranlıq olmur çünki bu planet 4 ayrı günəş ilə çevrilidir. Günəşir şüası atmosferlərində qırılır və göy üzü gözəl aurora işıqları ilə çevrələnir. Mükəmməlliyin bariz nümunəsi olan bu planet 6 dünyalının ən ülvi arzularının və xəyallarının belə bu gözəlliyə şahid olacaq qədər mükəmməl olmadığını göstərir. Dünyalılardan biri “Burda yaşamaq cənnətə getməkdən belə daha üstündür” deyir. Bundan sonra varlıq onları bunun tam əksi olan bir planetə aparacağını deyir. O planet haqqında söylənəcək çox fikirləriniz olacaq deyir. “Elə isə yola çıxaq”
Gəldikləri planetə çatdıqda bir neçə saniyəlik baxış kifayət etdi ki, qızlardan biri gözyaşlarını tuta bilməyib yerə oturdu, dizlərini qucaqlayıb hönkürtü ilə ağlamağa başladı. Bu planet insanların ağıllarına belə gətirə bilməyəcəyi, cəhənnəmin cənnət kimi görünəcəyi, bundan daha artıq əzabın ola bilməyəcəyi bir yer idi. Planetdə 1 milyard canlı yaşayırdı və bu canlılar çoxalmır və ya azalmırdı. Nəsilləri davam etməyən ölümsüzlər idi. İnsandan dəfərlərlə güclü sinir ucları olan bu canlılar insanın toxunub hiss etdiyi şeylərin dəfələrlə artığını hiss edirdi. Yəni onların soyuğa və istiyə həssaslığı insandan dəfələrlə yüksək idi. İki günəşi olan bu planet 18 saat gündüz, 1 saat gün batımı, 1 saat gün doğumu və 4 saat gecədən ibarət idi. Planetin səthində gündüz saatlarında olan istilik o qədər yüksək idi ki, mövcud olan hər şey əriyib maye halına düşürdü və həssaslıqlarına görə dəfələrlə artıq ağrı və əzab çəkən bu canlıların bağırışları planetdən kilometrlərlə uzaq məsafədə belə eşidilərdi. Gün batımında 1 saat boyunca soyuyan hava onların bədənlərini normal vəziyyətinə gətirir və sonra soyuq onları daşlaşdırırdı və cansız, hərəkətsiz halda 4 saat gecənin keçməsini gözləyirdilər. 1 saat gün doğumunda yenidən daşlaşmış bədənləri canlanırdı və 1 saat tamam olandan sonra artan isti yenə onları əridib bağırmağa vadar edirdi. Yəni bu planetdə yaşayan canlılar sadəcə 2 saat yaşaya bilir, 18 saat əzab çəkir, 4 saat daş halında qalırdılar.
Varlıq dünyalıların bu planet haqqında fikirlərini soruşdu. Onlardan biri əgər əlində olsa onları bu planetdən çıxarar, daha yaxşı həyat şərtləri olan başqa bir planetə yerləşdirərdi dedi. Digəri Allahın bu qədər qəddar ola biləcəyinə inanmadığını və gördükləri qarşısında dəhşətə gəldiyini söylədi. 6 nəfərin içindəki oğlan “Bir halda ki, kainatın gücünü daşıyırsan, niyə onları sən qurtarmırsan” deyərək varlığı günahlandırdı. Və nəhayət varlıq dilə gəlib danışmağa başladı.
“Sizin yanıldığınız nöqtə ilk planetdəkilərin xoşbəxt, ikinci planetdəkilərin bədbəxt olduğunu düşünməyinizdir. Əgər ilk planetdəkilərdən birini gətirib dünyanı ona göstərsəydim sizin bədbəxt olduğunuzu deyərdi. Ortalama 100 illik ömrünüzün 35 ildən artığını hərəkətsiz daş halda, yəni, yuxuda keçirirsiniz. Özünüzü məcburi olaraq bəsləməlisiz, planetinizi çirkləndirməlisiz, ehtiyatlarınızı tükətməlisiz. Sizlərin iyrənc varlıqlar olduğunu düşündüyünü deyərdi. Amma siz bunları nəzərə almadan yenə də xoşbəxt ola bilirsiz. Əgər ikinci planetdəkilərdən birini gətirib dünyanı ona göstərsəydim sizin xoşbəxt olduğunuzu deyərdi. Təmiz havadan, bərəkətli torpaqlardan, yardımsevər günəşdən faydalanıb xoşbəxt ömür yaşayırsız. Danışır, gülür, sevinir, evlənir, nəsil artırır və ən əsası ölə bilirsiniz. Amma siz bunları nəzərə almadan yenə də bədbəxt ola bilirsiz. Əlinizdə olanların qayğısını çəkmir, kənara atır və eqolarınıza qurban gedərək daha artığını istəyirsiz. İki planetdə yaşayan canlıların hər biri eynilə insan kimi bəzən üzülür, bəzən xoşbəxt olurlar. Çünki eynilə dünya planetindəki kimi onlar da uzaq həyatlardan və həyat şərtlərindən xəbərsizdirlər. Ən mükəmməl planetdə yaşayan canlı belə depressiyaya düşə bilir, ən çətin şərtlərdə yaşayan canlılar belə xoşbəxt ola bilirlər.”
“Həyata hansı pəncərədən baxdığınız önəmli deyil, önəmli olan baxarkən nə gördüyünüzdür” – Nicat Tağızadə
Bizlərə verilən həyatın dəyərini bilməliyik. Sevinc də kədər də ərmağanımızdır…
Yazını 60 dəqiqəyə yazdım
əla yazıdı Nicat, yüksək fantaziya və yaradıcılıq tələb edir. Fəlsəfəsinə gəldikdə, daha yaxşısını istəmək o qədər də müsbət göstərilməyib, ama daha yaxşısını istəmək, inkişafa aparan əsas yoldur. Təbi ki, əlindəkilərə şükür etmək lazımdır, o isə başqa məsələ. Sonda, 60 dəqiqəyə yazılan ən gözəl bloqlardandı yəqin bu ? ugurlar !
Dəyərli fikirlərin üçün minnətdaram əziz qardaşım
Axşamınız xeyir, Nicat bəy. Fərqli bir yazıdır, həm də düşündürücü və mənalı. Bəşər övladı nankordu, əlində olduğunun qədrini əksər vaxt itirəndən sonra bilir. Həm də baxışlar fərqlidir deyərdim. Məni xoşbəxt edən nələrsə, kim üçünsə adi ola bilər. Bir başqasının xoşbəxtlik tapdığı mənə sıradan bir şey kimi gələr. Çoxumuz gileyliyik həyatdan, amma ölməyi düşünmürük. Hər şey yaxşı olacaq deyə ümidlə yaşayırıq. Xoşbəxt olmaq üçün yaşayırıq həm də… Bəlkə də xoşbəxtik, heç xəbərimiz yoxdu…
Təşəkkür edirəm ?
Əslində xoşbəxtlik burnumuzun ucu qədər yaxındır amma onu nələrdəsə axtarırıq. Bəzən pulda bəzən ailədə bəzən təklikdə. Əslində şanslı və xoşbəxt varlıqlarıq. Bunun fərqində olsaq dünya yaşanacaq çox daha gözəl bir planet olardı
Kainatımızı andıran sonsuz bucaqsız xəyal dünyası və elmi fantazyanın, Nicat Tağızadə felsefesiylə vəhdətdə birləşmiş halı… Bilmirəm nədənsə 4 qız hava, od, su və torpağı, 1 oğlansa 4 elementin birləşməsimdən yaranan bir elementi xatırlatdı mənə. Hənsı kı o bir element də (oğlan) mərkəzdə dayanan Nicat Tağızadəni təmsil edir…)))
Gözəl münasibətdir. Xəyallar düşüncələrimizin daha irəlisində qeyri-adi fikir kəşfini bərabərində gətirir. Hansı ki o düşüncə Albertin zaman teoriyasını, Nyutonun qravitasiyasını kəşf etdirmişdi. Bəlkə də düşüncələrdir əsl kəşfləri gətirən
Coox maraqli geldi.. Setiralti mena, felsefi yanawma,intellekt derinliyi,ferqli ifade terzi ilk diqqetimi ceken nuanslar oldu.. Nicat,heqiqeten cox ugurlu yazidi,sonda o varliq ve ordaki personajlarin dusunceleri senin prototipin olaraq gordum…Xowbextlik nisbi anlayisdi ve kecicidi,mutleq xosbextlik yoxdur mence…Hemise nece catmir, insanlarin 35 illik daw hereketsiz hali olan hisse daha cox tesirlendim…yazilarin ve ugurlarin davamini dileyirem,cox tewekkur yazi ucun…hormetle Aydan
Dəyərli fikriniz üçün minnətdaram